Qadın güləşçimiz Elis Manolova dünya Olimpiya təsnifat turnirinin dörddəbir final mərhələsinə yüksəlib

A- A A+

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin ikinci günündə - mayın 7-də qadın güləşçilər mübarizə aparırlar.

Qadın güləşçilərimizdən Elis Manolova (68 kq) startda Yunanıstan təmsilçisi Aqora Papavasileuya qalib gələrək dörddəbir finala yüksəlib. Təmsilçimizin növbəti rəqibi Argentina idmançısı Klara Vaskes olacaq.

Millimizin üzvlərindən Türkan Nəsirova (53 kq) ilk görüşdə Luisa Melendresə (Ekvador), Alyona Kolesnik (57 kq) qırğızıstanlı Nuraida Anarkulovaya, Tatyana Omelçenko (62 kq) Luisa Niemeşə, Gözəl Zutova (76 kq) isə rumıniyalı Katalina Axenteyə məğlub olaraq mübarizəni dayandırıblar.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: