Güləşçimiz Elis Manolova “Tokio-2020”yə lisenziya uğrunda görüşdə qazaxıstanlı idmançı ilə qarşılaşacaq

A- A A+

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin ikinci günündə - mayın 7-də qadın güləşçilər mübarizə aparırlar.

Qadın güləşçilərimizdən Elis Manolova (68 kq) startda Yunanıstan təmsilçisi Aqora Papavasileuya qalib gələrək dörddəbir finala yüksəlib. Təmsilçimizin növbəti rəqibi Argentina idmançısı Klara Vaskes olub. Xalçadan qalib ayrılan E.Manolova turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya uğrunda görüşdə güləşçimiz qazaxıstanlı Jamilya Bakberqenova ilə qarşılaşacaq.

Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: