Azərbaycan taekvondoçusu Avropa təsnifat turnirinin yarımfinalına vəsiqə qazanıb

A- A A+

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirinə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın birinci günündə iki taekvondoçumuz - 49 kiloqram çəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxıblar. Fəridə Əzizova birinci qarşılaşmada rumıniya təmsilçisi Andreea Mocanu üzərində 8:2 hesablı qələbə qazanıb. Növbəti mərhələdə çexiyalı Petra Stolbovanı 11:4 hesabı ilə məğlub edən taekvondoçumuz yarımfinala vəsiqəni təmin edib. Onun rəqibi ukraynalı idmançı Tatyana Tetereviatnikova olacaq.

Digər təmsilçimiz Patimat Abakarova rumıniyalı Liana Musteataya uduzaraq yarışı erkən başa vurub.

Turnirdə Azərbaycanı 3 idmançı təmsil edir. Kişi taekvondoçumuz Radik İsayev (+80 kq) mübarizəyə mayın 8-də başlayacaq. Turnir iki gün davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: