Şahmat üzrə Azərbaycan çempionatında növbəti turun oyunlarına yekun vurulub - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin ev sahibliyi ilə keçirilən şahmat üzrə Azərbaycan çempionatında növbəti turun oyunlarına yekun vurulub.
12 zəka sahibinin mübarizə apardığı çempionatda 4-cü turun qarşılaşmaları da gərgin mübarizə şəraitində keçib. Turnirin bu mərhələsində beynəlxalq usta Aydın Süleymanlı beynəlxalq usta Məhəmməd Muradlıya, beynəlxalq qrosmeyster Vasif Durarbəyli beynəlxalq usta Abdulla Qədimbəyliyə, beynəlxalq qrosmeyster Eltac Səfərli beynəlxalq qrosmeyster Misrətdin İsgəndərova, beynəlxalq qrosmeyster Nicat Məmmədov beynəlxalq qrosmeyster Fərid Abbasova, beynəlxalq qrosmeyster Nicat Abasov beynəlxalq usta Kənan Qarayevə, beynəlxalq qrosmeyster Vüqar Əsədli isə beynəlxalq qrosmeyster Urfan Sevdimalıyeva qarşı öz zəkasını sınayıb.
Dördüncü turun yekun nəticələrə gəlincə beynəlxalq qrosmeysterlər Nicat Abbasov, Vüqar Əsədli və Nicat Məmmədov mübarizədən qalib ayrılan tərəf olublar. Digər görüşlər isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, reqlamentə əsasən, ilkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər. Yarımfinal mərhələsində məğlub olmuş şahmatçılar eyni sistem üzrə 3-cü yer uğrunda yarışacaqlar.
Azər Zeynalov