"Avro-2021": Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq

A- A A+

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə qarşılaşacaq.

Millimiz birinci oyununda Monteneqroya 1:3 hesabı ilə məğlub olub.

Yığmamız birinci dövrədə sonuncu oyununu mayın 9-da Yunanıstan seçməsinə qarşı keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: