Fransanın “Paris Sen-Jermen” klubu braziliyalı ulduz futbolçusu Neymar ilə müqavilənin müddətini uzadıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı hücumçu ilə dörd il müddətinə yeni müqavilə imzalanıb.
Braziliyalı hücumçu cari mövsüm oynadığı 27 matçda 15 dəfə fərqlənib, 9 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Neymar “Paris Sen-Jermen” klubuna 2017-ci ildə “Barselona”dan transfer olunub. Həmin transferin qiyməti rekord məbləğ - 222 milyon avro təşkil edib.