Bolqarıstanın paytaxtı Sofiyada parataekvondo üzrə Avropa təsnifat turniri keçirilir.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, turnirdə iştirak edən parataekvondoçularımız Aynur Məmmədova (58 kq), Röyalə Fətəliyeva (49 kq), Abuzərli Əbülfəz (75 kq) və İmaməddin Xəlilov (61 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.
Yarışın qalibləri "Tokio-2020" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanacaqlar.
Final görüşləri mayın 9-da axşam saatlarında baş tutacaq.