AVRO-2020: Hakimlərin geyinəcəyi formalar təqdim edildi

A- A A+

UEFA AVRO-2020-də hakimlərin istifadə edəcəyi geyim dəstlərini təqdim edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın "Macron" şirkətinin hazırladığı formaların dizaynında ənənəvi rənglərdən (sarı, qara, mavi və çəhrayı) istifadə edilib.

Formaların üzərində bərabərlik hissini çatdırmaq üçün sərhədlərin və maneələrin silindiyi Avropa xəritəsi əks olunub.

Geyim dəsti incə materialdan hazırlanıb və maksimum hava keçiricilik qabiliyyətinə malikdir.

Qeyd edək ki, UEFA təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: