Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin (RİOEUGİŞM) təşkilatçılığı ilə keçirilən turnirdə birinci yeri 9 turdan 8,5 xal toplayan Rəvan Oğuzov tutub. İkinci yerdə 7,5 xalla Eltac Əsədli, üçüncü pillədə isə 7 xalla Allahverdi Həmidov qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak ediblər.
Yarışda ümumi hesabda ilk 3 yeri tutan oğlan və qızlar, həmçinin ayrı-ayrı yaş qruplarında fərqlənən şahmatçılar 3 nömrəli RİOEUGİŞM tərəfindən medal və müvafiq diplomla təltif olunacaqlar.