Cahangir Babayev Tokio Olimpiadasında hakimlik edəcək

217

Avropa Karate Federasiyası hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Milli Karate Federasiyasının media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun jurnalistlərə verdiyi məlumata görə, azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsi bu barədə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan Milli Karate Federasiyası hakimlər komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.

O, həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.

Məşqçi kimi onun yetirmələri arasında dünya və Avropa çempionatlarının, Avropa və İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: