Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onlardan ən yaxşı nəticəni Azər Mirzəyev qazanıb. O, 11 turdan ibarət olan turnirdə 7,5 xal toplayıb.
Turnirin qalibi isə 9,5 xalla ABŞ təmsilçisi Ceffri Ksunq olub. Onunla eyni xalı toplayan həmyerlisi Sem Sevian ikinci pillədə qərarlaşıb.