İtaliya A Seriyası: “Milan” səfərdə “Torino” klubunu darmadağın edib

A- A A+

Mayın 12-də futbol üzrə İtaliya A Seriyasının 36-cı turun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Milan” klubu səfərdə “Torino”nun qonağı olub.

Görüş milanlıların 7:0 hesablı qələbəsi ilə başa çatıb.

“Milan”nın heyətində Teo Hernandes (2), Ante Rebiç (3), Frank Kessi və Brahim Diaz fərqləniblər.

Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 75-ə çatdıraraq turnir cədvəlində üçüncü pillədəki yerini qoruyub saxlayıb. “Torino” isə 35 xalla 16-cı yerdə qərarlaşıb.

Sona beş tur qalmış çempionluğunu rəsmiləşdirmiş “İnter” öz meydanında “Roma” komandasını qəbul edib. Gərgin keçən görüşdə “İnter” qələbə qazanıb - 3:1.

Son turlarda qeyri-stabil oyunu ilə diqqət çəkən “Yuventus” bu turda qələbə qazanmağa nail olub. “Yuventus” səfərdə “Sassuolo” klubunu 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, İtaliya A Seriyasında UEFA Çempionlar Liqası üçün vəsiqə uğrunda mübarizə hazırda davam edir. Belə ki, ikinci pillədə yer alan “Atalanta”nın 75, “Milan”nın 75, “Napoli”nin 73, “Yuventus”un isə 72 xalı var. Cari mövsümün sonuna iki tur qalıb.

Otuz altı turda qeydə alınan digər görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:

“Atalanta” – “Benevento” - 2:0;

“Bolonya” – “Genoa” - 0:2;

“Latsio” - “Parma” - 1:0;

“Sampdoriya” - “Spezia” - 2:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: