Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək

A- A A+
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək. NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçiriləcək. Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın "Astana” komandası da bu mərhələdə ilk oyununu çıxacaq. "Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv doğma meydanda Xorvatiya "Dinamo”su ilə üz-üzə gələcək. Türkiyənin "Fənərbağça” komandası isə səfərdə Portuqaliyanın "Benfika” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Çempionlar Liqası, III təsnifat mərhələsi 7 avqust 18:00"Astana” (Qazaxıstan) – "Dinamo” (Zaqreb, Xorvatiya) 21:00 "Qarabağ" (Azərbaycan) - BATE (Belarus) 21:15 "Malmö" (İsveç) / "Videoton" (Macarıstan) 21:30 "Slaviya" (Praqa, Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna) 22:00 "Standard" (Belçika) - "Ayaks" (Hollandiya) 22:00 "Srvena Zvezda" (Serbiya) / "Spartak" (Trnava, Slovakiya) 23:00 "Benfika" (Portuqaliya) / "Fənərbağça" (Türkiyə)

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: