AVRO-2020-nin rəsmi mahnısı bəlli olub - VİDEO

A- A A+

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, mahnını hiderlandlı Martin Qarriks, həmçinin İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edir.

Mahnı "We Are The People" (Biz insanlar) adlanır.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: