Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatının yarımfinal görüşləri mayın 15-də olacaq

A- A A+

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında Azərbaycan çempionatında mayın 14-də keçirilən 11-ci turun oyunlarından sonra yarımfinala yüksələcək şahmatçıların adları məlum olacaq.

Yarımfinal görüşləri mayın 15-də start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.

11-ci turda aşağıdakı görüşlər keçirilir:
Misrətdin İsgəndərov - Aydın Süleymanlı
Abdulla Qədimbəyli - Fərid Abbasov
Məhəmməd Muradlı - Kənan Qarayev
Vasif Durarbəyli - Urfan Sevdimalıyev
Eltac Səfərli - Vüqar Əsədli
Nicat Məmmədov- Nicat Abasov

Qeyd edək ki, mayın 13-də keçirilən 10-cu turda qrosmeyster Vüqar Əsədli (2572) qrosmeyster Vasif Durarbəyli (2606) ilə üz-üzə gəlib. Görüş heç-heçə başa çatıb. Qrosmeyster Nicat Abasov (2665) isə qrosmeyster Eltac Səfərlini (2598) məğlub edib. Beynəlxalq usta Məhəmməd Muradlı (2449) eyni uğura qrosmeyster Urfan Sevdimalıyev (2369) ilə görüşdə nail olub. Tamaşaçılar digər 3 görüşdə “sülh”ə şahidlik ediblər. Belə ki, beynəlxalq usta Aydın Süleymanlı (2520) qrosmeyster Nicat Məmmədovla (2609), beynəlxalq usta Kənan Qarayev (2331) beynəlxalq usta Abdulla Qədimbəyli (2470) ilə, qrosmeyster Fərid Abbasov (2528) isə qrosmeyster Misrətdin İsgəndərovla (2535) heç-heçə edib.

10 turdan sonra turnir cədvəlinə 3 zəka sahibi eyni xalla başçılıq edir. Belə ki, Nicat Abasov, Vasif Durarbəyli və Vüqar Əsədli 6,5 xal toplayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: