U-23 Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib

A- A A+

Mayın 17-dən 23-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Qitə birinciliyində ölkəmizi məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) təmsil edəcəklər.

Mayın 16-da güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Mayın 18-də isə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində iştirak edən pəhləvanlar mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatında I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: