İsveç millisinin baş məşqçisi Yanne Andersson “Milan”ın hücumçusu Zlatan İbrahimoviçin Avropa çempionatında iştirak etməyəcəyini bildirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. Mayın 15-də İtaliya klubu futbolçunun dizindən zədələndiyini və bərpasının altı həftəyə qədər davam edəcəyini açıqlayıb.
Xatırladaq ki, isveçli futbolçu A Seriyasının 35-ci turunda “Yuventus” ilə matçda zədələndiyi üçün əvəzlənib.
Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə birgə E qrupunda yer alıb. İsveçlilər çempionatdakı ilk oyunlarını iyunun 14-də İspaniya millisinə qarşı keçirəcəklər.