İspaniya La Liqası: “Atletiko”, “Real” qələbə qazanıb, “Barselona” məğlub olub

A- A A+

Mayın 15-də futbol üzrə İspaniya La Liqasının 37-ci turunun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun maraq doğuran görüşləri turnir cədvəlində ilk üç pillədə qərarlaşan komandaların oyunları olub.

“Real Madrid” klubu səfərdə “Atletik Bilbao” komandasının qonağı olub. Görüş Madrid təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 68-ci dəqiqədə Naço olub.

Madrid şəhərinin digər təmsilçisi, turnir cədvəlinin lideri “Atletiko Madrid” öz meydanında “Osasuna” klubunu qəbul edib. Gərgin keçən görüş də madridlilərin qələbəsi ilə yekunlaşıb - 2:1.

Çempionluğa iddialı digər klub “Barselona” öz meydanında “Selta Viqo” komandasına gözlənilmədən məğlub olub. Oyunda hesabı 28-ci dəqiqədə Lionel Messi açıb. On dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirib. Santi Mina fərqlənib. Fasilədən sonra (89-cu dəqiqədə) S.Mina dublun rəsmiləşdirərək komandasına qələbə qazandırıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib.

Beləliklə, bu nəticələrdən sonra aktivində 83 xalı olan “Atletiko Madrid” liderliyini qoruyub saxlayıb, 81 xalı olan “Real Madrid” ikinci, 76 xalı olan “Barselona” isə üçüncü yerdə qərarlaşıb.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Alaves” - “Qranada” - 4:2;
“Betis” - “Ueska” - 1:0;
“Valensiya” - “Eybar” - 4:1;
“Vilarreal” - “Sevilya” - 4:0;
“Kadiz” - “Elçe” - 1:3;
“Real Sosyedad” - “Valyadolid” - 4:1;
“Xetafe” - “Levante” - 2:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: