Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib

A- A A+

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatında qrosmeysterlər Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli və Nicat Məmmədov yarımfinala yüksəliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 11-ci turun oyunlarının nəticələrinə əsasən, yarımfinal yolunda qrosmeyster Vüqar Əsədli (2572) qrosmeyster Eltac Səfərli (2598) ilə üz-üzə gəlib və məğlub olub. Qrosmeyster Vasif Durarbəyli (2606) isə qrosmeyster Urfan Sevdimalıyev (2369) üzərində qələbə qazanıb. Qrosmeyster Fərid Abbasov (2528) beynəlxalq usta Abdulla Qədimbəyli (2470), beynəlxalq usta Məhəmməd Muradlı (2449) isə beynəlxalq usta Kənan Qarayev (2331) üzərində qələbə qazanmaqla, aktivlərinə daha bir xal yazdırıblar. Qrosmeyster Nicat Abasov (2665) qrosmeyster Nicat Məmmədovla (2609), beynəlxalq usta Aydın Süleymanlı (2520) isə qrosmeyster Misrətdin İsgəndərovla (2535) xalları yarı bölüblər.

Yarımfinala yüksələn şahmatçılar məhz bu görüşlərdən sonra müəyyənləşib.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən çempionatda 12 zəka sahibi mübarizə aparır və çempionata mayın 18-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: