Lionel Messi La Liqada qol vurduğu oyunların sayını 300-ə çatdırıb

A- A A+

Futbol üzrə İspaniya çempionatının 37-ci turunda “Selta Viqo” ilə matç “Barselona” komandasının kapitanı Lionel Messi üçün əlamətdar olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 33 yaşlı hücumçu bu qarşılaşmada fərqlənməklə La Liqada qol vurduğu matçların sayını 300-ə çatdırıb. Argentinalı oyunçu bu nəticə ilə La Liqada çıxış etmiş bütün futbolçuları qabaqlayır. Bu göstərici üzrə ikinci yerdə “Real Madrid”in sabiq futbolçusu Raul Qonzalesdir (186 matç).

Xatırladaq ki, “Selta Viqo” ilə matç Kataloniya klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komanda bununla da cari mövsümdə çempionluq şanslarını tamamilə itirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: