Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini ilə müqavilənin müddəti uzadılıb

A- A A+

İtaliya Futbol Federasiyası milli komandanın baş məşqçisi Roberto Mançini ilə yeni müqavilə imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Sky Sport Italia” nəşrinə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis müqaviləyə əsasən yığma komandanı daha beş il çalışdıracaq. İllik üç milyon avro qazanacaq R.Mançini 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək dünya çempionatında da komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Roberto Mançini 2018-ci ildən İtaliya millisini çalışdırır. O, bundan əvvəl “İnter”, “Latsio” və “Mançester Siti” klublarının baş məşqçisi olub.

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İtaliya millisi İsveçrə, Türkiyə və Uels ilə birgə A qrupunda yer alıb. İtaliya çempionatdakı ilk oyununu iyunun 11-də Türkiyə millisinə qarşı keçirəcək. Bu qrupun üç oyunu - Uels-İsveçrə, Türkiyə-Uels və İsveçrə-Türkiyə qarşılaşmaları Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Həmin görüşlər müvafiq olaraq iyunun 13-də, 17-də və 21-də oynanılacaq. Çempionatın final matçı isə iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: