Güləşçimiz Cəbrayıl Hacıyev Avropa çempionu olub

A- A A+

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.

Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan C.Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: