“Beşiktaş” mövsümü “Qızıl dubl”la başa vurub

A- A A+

Türkiyə kubokunda 2020/21 mövsümü başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, turnirin final oyunu İzmirdə keçirilib.

Cari mövsüm Super Liqanın çempionu olan “Beşiktaş” “Antalyaspor”u sınağa çəkib. İstanbul təmsilçisi bu görüşdə qalib gələrək kuboku da başı üzərinə qaldırıb.

Bununla da Sərgən Yalçının yetirmələri mövsümü “Qızıl dubl”la başa vurub. “Beşiktaş” tarixində 10-cu dəfə kubokun sahibi olmaqla 9 uğura sahib “Trabzonspor”u arxada qoyub. 1975, 1989, 1990, 1994, 1998, 2006, 2007, 2009, 2011-ci illərdə də mükafata sahib olan “ağ-qaralar” kubok sayında yalnız “Qalatasaray”dan (18 dəfə) geri qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: