Gənclərin Zəngəzur Milli Parkına yürüşü təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 22 may-Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına və Culfa rayonunun Boyəhməd kəndindəki informasiya  mərkəzinə ekoloji yürüşü təşkil edilib.

Ekologiya könüllülərinin qatıldığı yürüş əvvəlcə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ilə tanışlıqdan başlayıb. Burda gənclərə məlumat verilib ki, Milli Park 2003-cü il iyunun 16-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Ordubad rayonunun inzibati ərazisində yaradılıb. Parkın yaradılmasında məqsəd ərazidə ekoloji sistemləri, biomüxtəlifliyi,  genetik fondu, “Qırmızı kitab”a düşmüş fauna və flora növlərini təbii vəziyyətdə qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirməkdir. Eləcə də ekoturizmin inkişaf etdirilməsində parkın böyük əhəmiyyəti var. Sonra gənclər parkda fəaliyyət göstərən muzeylərlə tanış olublar. Fauna muzeyində milli parkın ərazisində mövcud olan heyvan müqəvvaları nümayiş olunur. Bezoar dağ keçisi, vaşaq, porsuq müqəvvaları gənclərdə xüsusi maraq doğurub.

Culfa rayonunun Boyəhməd kəndində yerləşən informasiya mərkəzində gənclərə mövcud fauna və flora ehtiyatları haqqında geniş məlumat verilib.  Gənclər yürüş zamanı Şırran-Daş şəlaləsində və yaşı 200 ildən artıq, dağ armudu olan ərazidə də olublar. Ekskursiya zamanı gənclərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: