Futbol üzrə Azərbaycan kuboku: “Sumqayıt” və “Keşlə” komandalarının final matçı üçün start heyətləri müəyyənləşib

A- A A+

Futbol üzrə Azərbaycan Kubokunun final matçında üz-üzə gələcək “Keşlə” və “Sumqayıt” klublarının start heyətləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Sumqayıt” klubunun start heyətində meydana Aydın Bayramov, Xəyal Nəcəfov, Elvin Bədəlov, Vüqar Mustafayev, Rəhim Sadıqov, Tellur Mütəllimov, Cəmaləddin Xocaniyazov, Əli Qurbani, Höccət Haqverdi, Murad Xaçayev və Süleyman Əhmədov çıxacaqlar.

“Keşlə”nin start heyətində Stanislav Namaşko, Azər Salahlı, Rəhman Hacıyev, Tural Axundov, Şəhriyar Əliyev, Miyusko Boyoviç, Sezar Meza Kolli, Silvio Rodriqes, Sadio Tonkara, Anatole Abanq və Rafael Məhərrəmli yer alıblar.

Qeyd edək ki, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: