Kriştiano Ronaldo tarixi nailiyyət qazanıb

A- A A+

Portuqaliya yığmasının və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo tarixi nailiyyət qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, futbolçu A seriyasında mövsümü bombardir kimi başa vurub. Otuz altı yaşlı portuqaliyalı 33 oyunda 29 qol vurub.

Üç mövsüm ərzində "Yuventus"da ilk dəfə A Seriyasının bombardiri olan K.Ronaldo, həm də karyerası ərzində İngiltərə, İspaniya və İtaliya çempionatlarında bombardir olan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Ronaldo 2018-ci ildən Turin klubunda çıxış edir. O, bu komandaya Madrid “Real”ından transfer olunub. Portuqaliyalı futbolçunun Turin klubu ilə müqaviləsi gələn ilin yayına qədərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: