Qadınlar arasında beynəlxalq qrosmeyster Xəyalə Abdulla: Eşidəndə ki, Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatında iştirak edəcəyəm, çox sevindim

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Naxçıvanda təşkil edilən qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında mübarizə aparan beynəlxalq qrosmeyster Xəyalə Abdulla belə deyib.

Xanım  qrosmeyster  vurğulayıb ki, uzun zamandır, Naxçıvanda təşkil edilən şahmat festivallarında iştirak edir: "Pandemiya şəraitində ancaq evdə məşqlər edirdim, canlı oyun üçün çox darıxmışdım. Eşidəndə ki, Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatında iştirak edəcəyəm, çox sevindim. Mənim üçün Naxçıvanda oyunlarda iştirak uğurlu olur. Çünki hər bir şərait yaradılıb, təşkilatçılıq yüksək səviyyədədir. Bu gün IV tur keçirildi. Hələ qarşıda yeddi tur var. Ən yaxşılar oynadığı üçün rəqabət də güclü gedir. Düşünürəm ki, gərgin mübarizəyə görə qalib son tura qədər bəlli olmayacaq. Oyunlar gərgin keçməsinə baxmayaraq, xoşdur. Çox ruh, səy, enerji ilə oyuna davam edirəm. İndiyədək bir turda məğlub, bir turda heç-heçə, iki turda isə qalib olmuşam. Bu gün gənc, perspektivli şahmatçı Nazlı Hümbətova ilə oynadıq. Çətin oyun keçdi, amma sonda qələbə qazandım. Məqsədim, əlbəttə ki, qalib olmaqdır."

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: