Naxçıvanda keçirilən Azərbaycan çempionatının dördüncü turu başa çatıb - VİDEO

A- A A+

Naxçıvanda təşkil olunan şahmat üzrə qadınlar arasındakı Azərbaycan çempionatında 4-cü turun nəticələri məlum olub. Bu turda qrosmeyster Ülviyyə Fətəliyeva (2301) beynəlxalq usta Gövhər Beydullayevanı (2263) sınağa çəkib. Görüş Gövhərin qələbəsi ilə başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq usta Gülnar Məmmədova (2382) isə Səbinə Rzalı (1925) ilə xalları yarı bölüb. Qrosmeyster Zeynəb Məmmədyarova (2274) FIDE ustası Ləman Hacıyevanı (1982) məğlub edib.

FIDE ustası Ayan Allahverdiyeva (2088) ilə beynəlxalq usta Səbinə İbrahimovanın (2213) görüşündə “sülh” qeydə alınıb.

Naxçıvanlı şahmatçı Nazlı Hümbətova bu turda qrosmeyster Xəyalə Abdulla (2263) ilə görüşdə məğlub olub. Digər təmsilçimiz Nəsrin Babayeva (1704) isə Mələk İsmayılla (1997) bacarmayıb.

Turnir cədvəlinə hazırda 3,5 xalla Gülnar Məmmədova və Zeynəb Məmmədyarova başçılıq edirlər.

Beşinci turda azarkeşlər aşağıdakı görüşlərə şahidlik edəcəklər:

Gülnar Məmmədova - Nazlı Hümbətova

Ləman Hacıyeva - Ayan Allahverdiyeva

Ülviyyə Fətəliyeva - Səbinə Rzalı

Xəyalə Abdulla – Zeynəb Məmmədyarova

Səbinə İbrahimova - Nəsrin Babayeva

Mələk İsmayıl - Gövhər Beydullayeva.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: