NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ilk dəfə olaraq Naxçıvanda təşkil edilən qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında mübarizə aparan zəka sahibi belə deyib. O bildirib: "Mən 8 yaşımdan Naxçıvanda təşkil edilən şahmat festivallarında iştirak edirəm. Ən son pandemiyadan əvvəl gəlmişdim bura. İndiyədək evdə onlayn olaraq şahmatla məşğul idim. Burada iştirak məni ruhlandırdı. Həmişə Naxçıvanda şahmata olan diqqət yüksək səviyyədə olur. Hələ ki, iştirak etdiyim oyunlar mənim üçün qənaətbəxşdir. Bu turda beynəlxalq usta Səbinə İbrahimova ilə oynadıq və oyun heç-heçə ilə bitdi. Rəqiblərim güclüdür, amma qalib olmaq üçün sona qədər mübarizə aparacağam. Burada təcrübə əldə edirəm, arzum hələ ki, qrossmeyster olmaqdır. Çempionatın təşkilatçılığından çox razıyam, bütün iştirakçılara uğurlar arzu edirəm."