Şahmat üzrə Azərbaycan çempionatının iştirakçısı: Naxçıvanda təşkil olunan çempionat, mən deyərdim, ən güclü çempionatdır
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında mübarizə aparanlardan biri də ustalığa namizəd Mələk İsmayıldır. O bildirib ki, uşaqlıqdan şahmat oynayır: "2013-cü ildə dünya çempionatında dördüncü, 2014-cü ildə isə Avropa çempionatında birinci yeri tutmuşam. Naxçıvanda təşkil olunan çempionat, mən deyərdim, ən güclü çempionatdır. Artıq dördüncü dəfədir, Naxçıvanda yarışlarda iştirak edirəm. Hər şey yüksək səviyyədə təşkil olunub. Bu gün Nəsrin Babayeva ilə oynadım və qalib ayrıldım. Buradakı məqsədim qalib olmaqdan çox, reytinqimi artırmaq, təcrübə qazanmaqdır. Qalib gəlmək üçün isə çox çalışmaq və vaxtı düzgün idarə etmək lazımdır. Gərək çox səbirli olasan, son anda səngiməklə, oyunu əldən vermək olar. Bugünkü oyunumuz 5 saat çəkdi və rəqibimi üstələyə bildim. Ümid edirəm, bu çempionat mənim üçün uğurlu davam edəcək. Bütün iştirakçılara uğurlar arzu edirəm."