Mayın 26-da norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu mərhələdə niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa) Uesli So (ABŞ) ilə görüşəcəklər.
Qeyd edək ki, T.Rəcəbov təsnifat mərhələsində 8,5 xal toplayaraq 7-ci pillədə qərarlaşmaqla pley-offa vəsiqə qazanıb. Ş.Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutaraq turnirdə mübarizəni dayandırıb.
“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı mübarizə aparıb.
“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.