Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının altıncı turunun oyunları olub - VİDEO
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib
12 qadın zəka sahibinin mübarizə apardığı 11 turdan ibarət çempionatın beşinci turunda beynəlxalq qrosmeyster Zeynəb Məmmədyarova Naxçıvan şahmatçısı Nazlı Hümbətova ilə, beynəlxalq qrosmeyster Xəyalə Abdulla FIDE ustası Ayan Allahverdiyeva ilə, FIDE ustası Ləman Hacıyeva digər bir Naxçıvan təmsilçisi Nəsrin Babayeva ilə, beynəlxalq usta Gövhər Beydullayeva beynəlxalq usta Səbinə İbrahimova ilə, ustalığa namizəd Səbinə Rzalı ustalığa namizəd Mələk İsmayıl ilə, beynəlxalq usta Gülnar Məmmədova beynəlxalq qrosmeyster Ülviyyə Fətəliyeva ilə qarşılaşıb.
Gərgin və mübarizəli duellərin yekun nəticələrinə gəlincə beynəlxalq usta Gülnar Məmmədova, beynəlxalq qrosmeyster Xəyalə Abdulla, FIDE ustası Ləman Hacıyeva qalib ayrılan tərəf olub. Digər qarşılaşma isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, qadın şahmatçıların mübarizə apardığı çempionatın qalibi Azərbaycanı şəxsi Avropa Çempionatında təmsil edəcək.
Rəmzi Tahirli