Zidan "Real Madrid"i tərk etməyə qərar verib

A- A A+

Zinəddin Zidan İspaniyanın "Real Madrid" futbol komandasının baş məşqçi postunu tərk etməyi qərara alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano şəxsi tvitter səhifəsində yazıb. Fransalı mütəxəssisin qərarının səbəbi məlum deyil.

Onu Massimiliano Alleqrinin əvəzləyəcəyi gözlənilir. Zidan ilk dəfə 2018-ci ildə istefa verərkən, "kral klubu"nun rəhbərliyi Alleqri ilə əlaqə saxlayıb. Lakin həmin vaxt "Yuventus"un sükanı arxasında olan italiyalı mütəxəssis rədd cavabı verib.

Qeyd edək ki, "Real Madrid" 2020/2021 mövsümünü gümüş medalla başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: