Günay Məmmədzadə Qran-Pri turnirinin 6-cı turunda Alina Kaşlinskaya ilə üz-üzə gələcək

A- A A+

Mayın 27-də Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirinin altıncı turunun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Günay Məmmədzadə Rusiyalı şahmatçı Alina Kaşlinskaya ilə üz-üzə gələcək.

Turun digər oyunlarında rusiyalı digər şahmatçılar Katerina Laqno qazaxıstanlı Dinara Saduakassova, Valentina Qunina almaniyalı Elisabet Paets ilə qarşılaşacaqlar. Ukrayna təmsilçiləri Mariya Muzıçuk qazaxıstanlı Jansaya Abdumalik, Anna Muzıçuk bolqarıstanlı Antoaneta Stefanova, rumıniyalı İrina Bulmaqa gürcüstanlı Nana Dzaqnidze ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, G.Məmmədzadə 5 turun nəticəsinə görə 2,5 xalla 5-7-ci yerləri bölüşür. Turnir cədvəlinə 4 xalla Jansaya Abdumalik başçılıq edir.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: