Türkiyə-Azərbaycan yoldaşlıq oyunu başlayıb

A- A A+

Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununa çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi millimiz Alanyadakı Oba stadionunda Türkiyə yığmasının qonağıdır.

Kosovodan olan hakimlər briqadası idarə etdiyi matçda yığmamızın start heyətində Emil Balayev, Qara Qarayev, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk və İsmayıl İbrahimli yer alıblar.

Türkiyə seçməsinin ilk on birliyində Altay Bayındır, Mərt Müldür, Merih Demiral, Çağlar Söyüncü, Cengiz Ünder, Halil İbrahim Dervişoğlu, Halil Akbunar, Taylan Antalyalı, Rıdvan Yılmaz, Orkun Kökçü və Kaan Ayhan meydana çıxıblar.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: