“Zəfərə gedən yol və 44 günlük müharibə” devizi ilə “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib - FOTOLAR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, intellekt oyun Heydər Əliyev adına Hərbi Liseydə reallaşıb.
Kursantlardan ibarət 8 komandanın iştirak etdiyi oyunda II Qarabağ müharibəsi ilə bağlı 24 sual səsləndirilib. Hər düzgün cavab 1 xalla qiymətləndirilib. Nəticələrə əsasən, “Qarabağ” komandası 20 xalla qalibiyyət əldə edib. “Aslanlar” 19 xalla ikinci, “Mübariz ” isə 18 xalla üçüncü pillədə qərarlaşıb.
Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom, fəxri fərman, oxunması zəruri kitablar və dünya ədəbiyyatı nümunələri ilə təltif olunublar.
Qeyd edək ki, yarışmanı keçirməkdə əsas məqsəd kursantların intellektual fəaliyyətə cəlb edilməsi, onların dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, Vətən müharibəsi haqqında biliklərinin artırılması, müharibə qəhrəmanlarını daha yaxından tanımalarının təmin edilməsidir.