“Yuventus” klubu baş məşqçi Andrea Pirlo ilə yollarını ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.
A.Pirlonun 2022-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 42 yaşlı mütəxəssis Turin təmsilçisi ilə iki illik müqavilə imzalamışdı. Komanda sonuncu mövsümdə onun rəhbərliyi altında A Seriyasını dördüncü pillədə başa vurub.