Türkiyə çempionu Azərbaycanı təbrik edib

A- A A+

Türkiyənin "Beşiktaş" futbol klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Superliqanın son çempionu bununla bağlı feysbuk səhifəsində iki ölkə bayrağının fotosunu paylaşıb.

Fotonun üzərində isə bu sözlər yazılıb: "Dost və qardaş ölkə Azərbaycanın Respublika Günü mübarək olsun".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu bu münasibətlə ölkəmizə təbrik ünvanlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: