"Fənərbağça" futbol klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib

A- A A+

Türkiyənin "Fənərbağça" futbol klubu 28 May – Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Fənərbağça" futbol klubu bununla bağlı tvitter səhifəsində iki ölkə bayrağının fotosunu paylaşıb.

Fotonun üzərində isə bu sözlər yazılıb: "Dost və qardaş ölkəmiz Azərbaycan 103 yaşında".

Qeyd edək ki, daha əvvəl "Qalatasaray" klubu və "Beşiktaş" klubu bu münasibətlə ölkəmizə təbrik ünvanlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: