Qadınlar arasında beynəlxalq usta Gövhər Beydullayeva: Bu diyar mənə uğur gətirir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda keçirilən  qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatında mübarizə aparan qadınlar arasında beynəlxalq usta Gövhər Beydullayeva 6 yaşından şahmat oynamağa başladığını deyib.

O qeyd edib ki, 2017-ci ildə Avropa çempionu, 2019-cu ildə komandaları ilə birgə olimpiya çempionu olublar: “6 yaşımdan atam mənə şahmat oynamağı öyrədib. 2014-cü ildən Naxçıvanda təşkil edilən beynəlxalq şahmat yarışlarında iştirak edirəm. 2016-cı ildən A qrupunda oynayıram. 2019-cu ildə Naxçıvan şəhərində keçirilən şahmat yarışında qızlar arasında A qrupunda birinci yerə çıxmışam. Bu diyar mənə uğur gətirir. Ona görə də bu çempionatın Naxçıvanda təşkilinə sevindim. Buranı çox istəyirəm, bizim üçün hər cür şərait yaradılıb. Hazırda nəticələrim yaxşıdır. Görüşləri dörd qalibiyyət, iki heç-heçə, bir məğlubiyyətlə bitirmişəm. Hazırlıqlı gəlmişəm. Bu il daha yaxşı nəticə göstərmək istəyirəm. Hazırda gərgin mübarizə gedir. Kimin qalib olacağını demək çətindir, çempion sonda bəlli olacaq.”

 

Güntac Şahməmmədli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: