Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə keçirilən qadın şahmatçılar arasında Qran-Pridə mübarizəni inamla davam etdirir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 31-də keçiriləcək doqquzuncu tur çərçivəsində şahmatçımız ukraynalı Anna Muzıçuk ilə qarşılaşacaq. G.Məmmədzadə ötən 8 turun nəticəsinə görə, 5,5 xalla turnir cədvəlində 2-3-cü yerləri bölüşür. Onun rəqibi isə 3,5 xalla 9-cu sıradadır.
Turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya Ukraynanın digər təmsilçisi Mariya Muzıçuk, Valentina Qunina qazaxıstanlı Jansaya Abdumalik, Katerina Laqno rumıniyalı İrina Bulmaqa ilə üz-üzə gələcəklər. Qazaxıstanın digər təmsilçisi Dinara Saduakassova almaniyalı Elisabet Paets, bolqarıstanlı Antoaneta Stefanova gürcüstanlı Nana Dzaqnidze ilə mübarizə aparacaqlar.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.