Cəbəllütariq Qran-Prisinin növbəti turunda Günay Məmmədzadənin rəqibi Qazaxıstan şahmatçısı olacaq

A- A A+

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə mübarizəni inamla davam etdirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 1-də - turnirin başa çatmasına bir tur qalmış şahmatçımız yarışın autsayderlərindən biri olan Qazaxıstan təmsilçisi Dinara Saduakassova (2,5 xal) ilə mübarizə aparacaq.

Şahmatçımız 9 turdan sonra 5,5 xalla 2-4-cü yerləri bölüşür.

Onuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno Qazaxıstanın digər təmsilçisi, turnir cədvəlinin favoriti (7,5 xal) Jansaya Abdumalik, Valentina Qunina ukraynalı Mariya Muzıçuk ilə qarşılaşacaqlar. Ukraynanın digər təmsilçisi Anna Muzıçuk rumıniyalı İrina Bulmaqa, bolqarıstanlı Antoaneta Stefanovaya isə almaniyalı Elizabet Paets ilə üz-üzə gələcəklər.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: