İyunun 2-də futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komandamız Minskdəki Milli Olimpiya Stadionunda Belarus seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu, iki komanda arasında dördüncü oyundur. Əvvəlki üç görüş də yoldaşlıq xarakteri daşıyıb. Tərəflər hərəyə bir dəfə minimal hesabla qalib gəlib, bir qarşılaşma isə heç-heçə yekunlaşıb - 2:2.
Azərbaycan millisi daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzub. Növbəti yoldaşlıq görüşü iyunun 6-da Kişineuda Moldovaya qarşı olacaq. Azərbaycan millisinin futbolçularından Bəhlul Mustafazadə və Elvin Bədəlov hazır olmadıqları üçün Belarus ilə oyunda meydana çıxmayacaqlar.