Bu gün şahmatçımız Günay Məmmədzadə Cəbəllütariq Qran-Prisinin sonuncu turunda mübarizə aparacaq

A- A A+

İyunun 2-də Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Prinin sonuncu – 11-ci turunda iştirak edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu turda şahmatçımız almaniyalı Elisabet Paets ilə görüşəcək.

Sonuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya bolqarıstanlı Antoaneta Stefanova, Valentina Qunina gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno ukraynalı Anna Muzıçuk ilə mübarizə aparacaqlar. Qazaxıstan təmsilçiləri - turnir cədvəlinin favoriti Jansaya Abdumalik (8 xal) ukraynalı Mariya Muzıçuk, Dinara Saduakassova isə rumıniyalı İrina Bulmaqa ilə qarşılaşacaqlar.

G.Məmmədzadə ötən 10 turdan sonra 6 xalla 3-4-cü yerləri bölüşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: