“Paris Sen-Jermen” futbol klubunun rəhbərliyi argentinalı baş məşqçi Maurisio Poçettino ilə yeni müqavilə imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Fransa mətbuatına istinadla xəbər verir ki, 49 yaşlı mütəxəssisin 2022-ci ilin yayınadək başa çatacaq əvvəlki müqaviləsinin müddəti daha bir il uzadılıb.
Argentinalı çalışdırıcı “Paris Sen-Jermen”in baş məşqçisi vəzifəsinə bu ilin yanvarında gətirilib. O, bu vəzifədə Tomas Tuxeli əvəzləyib.
M.Poçettino 2001-2003-cü illərdə “Paris Sen-Jermen” klubunda çıxış edib. O, bu komandanın heyətində 95 oyun keçirib.