“Real Madrid” klubunun fransalı yarımmüdafiəçisi Rafael Varan yay transfer pəncərəsində komandanı tərk edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, “Mançester Yunayted” klubu Fransa millisinin müdafiəçisi ilə yaxından maraqlanır. “Qırmızı şeytanlar”ın futbolçunun transferi üçün 35-40 milyon avro ödəməyə hazır olduğu bildirilir.
R.Varanın “Real Madrid” ilə müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır. “Kral klubu”nun yeni baş məşqçisi Karlo Ançelottinin komandaya gəlişinin futbolçu ilə müqavilənin uzadılmasına təsir etməyəcəyi ehtimal olunur.
Həmçinin “Mirror” nəşrinin məlumatına görə, “Mançester Yunayted”in Rafael Varana təklif etdiyi məvacib futbolçunun “Real Madrid”dəki qazancından iki dəfə çoxdur.