Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki,“12 avqust-Beynəlxalq Gənclər günü” münasibətilə qızlar arasında üzgüçülük üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Birincilik İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində olub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 3 yaş qrupu üzrə 30-a yaxın qız idmançı iştirak edib. Üzgüçülüyün sərbəst üsulu üzrə 25 metr məsafədə keçirilən yarışın yekununa əsasən, 2001-2003-cü il təvəllüdlü idmançılar arasında Nərmin Həsənova, 2004-2006-cı il təvəllüdlü idmançılar arasında Gülan Əhmədova və 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Röya Məmmədova I yerlərə layiq görülüblər. Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.