"Çelsi" baş məşqçisi ilə uzunmüddətli müqavilə bağladı

A- A A+

İngiltərənin "Çelsi" klubu baş məşqçi Tomas Tuxellə yeni müqavilə bağlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin "zadəganlar"ın rəsmi saytına istinadən məlumatına görə, almaniyalı mütəxəssislə sözləşmə 2024-cü ilin yayınadək uzadılıb. Anlaşmanın maliyyə detalları açıqlanmır.

Qeyd edək ki, Tomas Tuxel "Çelsi"nin sükanı arxasına yanvarda Frenk Lempardın əvəzinə keçib. O, 2020/2021 mövsümündə komandanı İngiltərə Premyer Liqasında "4-lüy"ə qaytarıb və Çempionlar Liqasının qalibi edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: