Gənclər Su Anbarının ətrafında təmizlik aksiyası keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin,  Gənclər Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Su Anbarının ətrafında 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində təmizlik aksiyası keçirilib. Aksiyada ali və orta ixtisas təhsili müəssisələrindən 50 tələbə iştirak edib.

Sonra təmizlik aksiyasına start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları sahələrdən toplayıb, ətrafda səliqə-sahman yaradıblar. Aksiyanın keçirilməsində məqsəd  gənclərdə ekoloji mədəniyyəti formalaşdırmaq, ətraf ərazilərdə təmizliyə riayət olunmasını təbliğ etmək, ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək, bir sözlə gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaqdır.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: