Azərbaycanı dünya çempionatında 12 cüdoçu təmsil edəcək

A- A A+

İyunun 6-da Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tokio Olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunacaq. Belə ki, kişilərin mübarizəsində Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kiloqram), Nurlan Osmanov, Hidayət Heydərov (73 kiloqram), Murad Fətiyev, Zelim Tkçayev (81 kiloqram) və Elmar Qasımov (100 kiloqram) güclərini sınayacaqlar.

Qadınların yarışında isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) təmsil edəcəklər.

Yarışa iyunun 13-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: